ABŞ Prezidenti Donald Tramp Ağ Evin Mətbuat Katibləri Assosiasiyasının tədbirində baş verən silahlı hücumun şübhəlisi Cole Tomas Allenın özünə dair səsləndirdiyi ittihamlara cavab verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp, "Mən təcavüzkar deyiləm, heç kəsə təcavüz etməmişəm, mən pedofil deyiləm" - deyib.
Bununla yanaşı Tramp, "Mən bu mövzulardan tamamilə təmizlənmişəm. Epşteyn hadisəsinə və ya digər məsələlərə qarışanlar, masanın digər tərəfində oturan sizin dostlarınızdır" - ifadələrini işlədib.