ABŞ-nin Missisipi əyalətindəki Hancock Orta Məktəbinin şagirdləri faciəvi hadisənin qarşısını alıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün astma keçirərək huşunu itirməsi nəticəsində şagirdlər avtobusun qəzaya düşməsini önləyiblər.
Hancock Orta Məktəbindən çıxan servis avtobusunun sürücüsü Leah Taylor astma tutması keçirərək huşunu itirib. Avtobusun idarədən çıxdığını hiss edən 12 yaşlı şagird Jakson Casnave sükan arxasına keçərək nəqliyyat vasitəsinin idarə olunmasının qarşısını almağa çalışıb.
Eyni yaşda olan Darrius Clark isə əyləc pedalına basaraq sürəti azaltmağa cəhd edib, amma hava əyləcləri səbəbindən çətinliklə üzləşdiyini bildirib. Şagirdlər avtobusu dayandıra biliblər. 13 yaşlı Kayleigh Clark 911 xidməti ilə əlaqə saxlayaraq yardım istəyib, 15 yaşlı Destiny Cornelius sürücünün əlindəki nebulizatoru istifadə edərək müdaxilə edib, 13 yaşlı McKenzy Finch isə sürücünün başını tutaraq məktəb rəhbərliyini məlumatlandırıb. Təcili yardım qrupu hadisə yerinə gəlib və servis sürücüsü xəstəxanaya aparılıb.