İndoneziyanın Qərbi Yava bölgəsində qatar qəzası baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qatar qəzasında 14 nəfər ölüb, 84 nəfər yaralanıb. Xəstəxanaya aparılan yaralıları ziyarət edən İndoneziya Prezidenti Prabovo Subianto hadisə ilə bağlı araşdırma aparılacağını bildirib.
Dövlət dəmir yolu şirkəti PT Kereta Api Indonesia (Persero) nümayəndəsi Anne Purba, etdiyi açıqlamada "Argo Bromo Anggrek" qatardakı sərnişinlərin təhlükəsiz şəkildə təxliyə edildiyini bildirib.