Türkiyə Xarici işlər nazirliyi Kars-Gümrü dəmir yolunun yenidən fəaliyyətə başlaması məqsədilə Türkiyə və Ermənistan nümayəndə heyətlərinin Karsda bir araya gəldiyini açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Kars-Gümrü dəmir yolunun yenidən işə salınması məqsədilə yaradılan Türkiyə-Ermənistan Ortaq İşçi Qrupu 28 aprel 2026-cı ildə Karsda toplanıb.
Açıqlamada tərəflərin regional nəqliyyat əlaqələrinin inkişafı çərçivəsində Kars-Gümrü dəmir yolunun ən qısa müddətdə yenidən istifadəyə verilməsinin vacibliyini vurğuladıqları bildirilib.