Fransa vətəndaşlarına çağırış etdi - "Oranı tərk edin!"

16:06 - 29 Aprel 2026

Fransa vətəndaşlarına çağırış etdi - \"Oranı tərk edin!\"

Fransa Malideki vətəndaşlarına çağırış edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, 25 aprel tarixində Bamako daxil olmaqla ölkənin müxtəlif bölgələrindəki hücumlar sonrası təhlükəsizlik vəziyyətinin son dərəcə həssas olduğu bildirilib və Malidəki fransız vətəndaşlarına çağırış edilib.

Açıqlamada fransız vətəndaşlarından mümkün olan ən qısa zamanda Maliyi tərk etmələri istənilib. Ölkədən çıxış üçün hava yoluna üstünlük verilməsi tövsiyə olunub.

Bundan əlavə, fransız vətəndaşlarından ölkə daxilindəki səfərlərini məhdudlaşdırmaları və yerli hakimiyyət orqanlarının xəbərdarlıqlarına diqqət yetirmələri xahiş edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az