Dünyanın ən tanınmış süni intellekt modellərindən biri olan "ChatGPT"nin inkişaf etdiricisi "OpenAI"nin taleyini dəyişdirə biləcək bir məhkəmə işində ötən gün ifadə verən Elon Mask məhkəmə işini xeyriyyə fəaliyyəti məqsədilə açdığını və şirkətin yağmalandığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mask "OpenAI"nin qurucusu və CEO-su Sam Altman ilə "OpenAI" İdarə Heyətinin Sədri Greg Brockmana qarşı açdığı davanın ilk məhkəmə iclasında iştirak edib.
Mask məhkəmədə Altman və Brockmanı, "OpenAI"nin insanlığın gələcəyi üçün süni intellektin qoruyucusu olma missiyasını tərk etməkdə və qeyri-kommersiya təşkilatını kommersiya məqsədi güdən böyük bir şirkətə çevirməkdə günahlandırıb.
Mask məhkəmədə verdiyi ifadədə, "Bir xeyriyyə təşkilatını yağmalamağı adi hala gətirərsək, ABŞ-dəki xeyriyyə fəaliyyəti tamamilə məhv olar. Mənim narahatlığım budur" - deyib.