İranda 21 yaşlı gənc edam edildi - FOTO

21:20 - 30 Aprel 2026

İranda 21 yaşlı gənc edam edildi - FOTO

İranın Məhkəmə-Ədliyyə Təşkilatı yanvar ayında baş tutan etirazlarda həbs olunan etirazçılardan biri olan Sasan Azadvarın edam hökmünün icra edildiyini açıqlayıb.


Manset.az bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.

İsfahandan olan 21 yaşlı karateçi Sasan Azadvar yanvar ayında həbs edilərək İsfahanın Dəstgerd həbsxanasında saxlanılırdı.

Məhkəmə Sasan Azadvarın ittihamlarını "düşmənlə effektiv əməkdaşlıq, polis maşınını məhv etmək, ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə insanları döyüşə və bir-birini öldürməyə təhrik etmək və başqalarını ölkədə iğtişaş və xaos yaratmağa təşviq etmək" kimi xarakterizə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az