Epsteinin qorxulu planı üzə çıxdı - Afrikada istismar şəbəkəsi

22:05 - 30 Aprel 2026

Epsteinin qorxulu planı üzə çıxdı - Afrikada istismar şəbəkəsi

Jeffrey Epsteinin ABŞ-də azyaşlı qızlara qarşı cinsi istismar şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunduğu dövrdə həbsxanada ölü tapılmasından sonra onun sağlığında Afrikanın siyasi və biznes elitası ilə geniş əlaqələr qurduğu və istismar şəbəkəsi yaratmağa cəhd etdiyi üzə çıxıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Epstein 2019-cu ildə Manhettendə yerləşən həbsxana kamerasında ölü tapılmasından əvvəlki illərdə Afrikanın müxtəlif bölgələrində elit dairələrlə əlaqələrini genişləndirib.

Məlumatda qeyd olunur ki, Seneqaldə sabiq prezident Abdoulaye Wadein oğlu Karim Wade barəsində aparılan korrupsiya araşdırması zamanı Epstein prosesə müdaxilə edib. Onun Wade-ə "Palm Beach"dəki malikanəsini təklif etdiyi və hüquqi xərclər üçün yüz minlərlə dollar ödədiyi bildirilir.

Bundan əlavə, Epsteinın ABŞ Konqresi və ABŞ Dövlət Departamenti qarşısında təsir imkanları yaratmaq məqsədilə yüksək səviyyəli hüquq şirkəti ilə əməkdaşlıq etdiyi qeyd olunub.

Həmçinin bildirilir ki, Epstein 2010-cu ildə Liviyanın keçmiş lideri Muammer Kaddafi ilə əlaqə yaratmağa çalışıb. Lakin Kaddafinin hakimiyyətinin zəifləməsi ilə o, diqqətini rejim əleyhdarı qrupların liderlərinə yönəldib. Bununla yanaşı, həmin dövrdə Liviyanın dondurulmuş aktivləri üzərindən maliyyə imkanları axtardığı da vurğulanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az