logo
logo logo
logo

Həyat yoldaşını dayanacaqda güllələdi

16:06 - 07 İyul 2026

Həyat yoldaşını dayanacaqda güllələdi

Dayanacaqda gözləyən həyat yoldaşını tapança ilə vurdu


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə bir uşaq anası olan Emine Dişçi boşanma ərəfəsində olduğu həyat yoldaşı Ahmet Dişçi tərəfindən tapança ilə vurularaq ağır yaralanıb. Qadın təcili olaraq xəstəxanaya çatdırılıb, həyat yoldaşı isə hadisə yerində polisə təslim olub.

Hadisə günorta saatlarında avtobus dayanacağında baş verib. Məlumata görə, ayrı yaşayan və boşanma ərəfəsində olan Emine və Ahmet Dişçi cütlüyü həmin dayanacaqda qarşılaşıb. Naməlum səbəbdən yaranan mübahisə zamanı Ahmet Dişçi üzərindəki tapança ilə həyat yoldaşına bir neçə dəfə atəş açıb.

Silah səsləri ərazidə təşvişə səbəb olub və ağır yaralanan Emine Dişçi yerə yıxılıb. Ətrafdakıların müdaxiləsi ilə sakitləşən Ahmet Dişçi əlində silahla hadisə yerində polis əməkdaşlarının gəlməsini gözləyib. Ətrafdakı şəxslər yaralı Emine Dişçini şəxsi avtomobillə xəstəxanaya çatdırıblar. Hazırda o, təcili yardım şöbəsində müalicə olunur və vəziyyəti ağır olaraq qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az