Qırğızıstanda sərnişin təyyarəsi havaya qalxmağa hazırlaşarkən qəza baş verib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən Manas Beynəlxalq Hava Limanında "TezJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qalxış zamanı eniş şassisində yaranan nasazlıq səbəbindən yan tərəfə əyilib.
Şahidlərin sözlərinə görə, təyyarə sürət yığarkən arxa eniş qurğularından biri sıradan çıxıb.
Hadisə zamanı bütün sərnişinlər və ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə edilib. Nəticədə ölən və ya xəsarət alan olmayıb.
Qəzadan sonra hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.