Ermənistanda qarayara xəstəliyi yayılıb.
Manset.az xəbər verir ki. Bui barədə Ermənistan Səhiyyə nazirliyi məlumat yayıb. Bildirilir ki, Şirak vilayətinin xəstəlik şübhəsi ilə müraciət edən 7 sakinindən 5-nə qarayara diaqnozu qoyulub. Onlar Gümrü tibb mərkəzinə yerləşdiriliblər, vəziyyətləri orta ağır qiymətləndirilir.
Qeyd edək ki, bundan əvvəl Geqarkunik vilayətində 3 nəfərdə qarayara aşkarlanıb.