logo
logo logo
logo

"Kiyevə ən kütləvi hücumlardan biri həyata keçirilib" - Zelenski

12:17 - 19 İyul 2026

\"Kiyevə ən kütləvi hücumlardan biri həyata keçirilib\" - Zelenski

Rusiya Silahlı Qüvvələri müxtəlif tipli 40-dan çox raket və 120 zərbə dronu buraxaraq Kiyevə ən kütləvi ballistik hücumlardan birini həyata keçirib.


Manset.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski özünün sosial şəbəkə hesablarında məlumat yayıb.

"Hazırda Kiyevdə bir nəfərin öldüyü, daha 16 nəfərin yaralandığı məlumdur. Həmçinin Odessa vilayətində və Zaporojyedə xəsarət alanlar var, Sumı və Çerniqov vilayətlərində dağıntılar qeydə alınıb. Üç yerdə atəşin nəticələrinin aradan qaldırılması davam edir, təxminən 600 xilasedici cəlb olunub", - o qeyd edib.

Zelenskinin sözlərinə görə, təkcə bu həftə ərzində Rusiya qoşunları Ukraynaya qarşı 1 450-yə yaxın zərbə dronu, 1 640-dan çox idarə olunan aviabomba və müxtəlif tipli 99 raket tətbiq edərək Vinnitsa, Dnepropetrovsk, Donetsk, Jitomir, Kirovoqrad, Nikolayev, Poltava, Xarkov, Xerson və Çerkassı vilayətlərinə hücum edib.

"Ballistikadan müdafiə hazırda əsas prioritetdir və antiballistika üzərində işləməklə yanaşı, Rusiyaya qarşı təzyiqlər də davam etdirilməlidir", - Ukrayna Prezidenti vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az