Qazaxıstanda iğtişaşlar zamanı 225 nəfər ÖLDÜ

19:42 - 15 Yanvar 2022

Qazaxıstanda iğtişaşlar zamanı 225 nəfər ÖLDÜ

Qazaxıstanda iğtişaşlarda 225 nəfər ölüb.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda, həmçinin 4 578 insanın yaralandığı deyilir. Ölənlər arasında 19 polis və hərbçi var.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az