Lavrovdan Üçüncü Dünya müharibəsi ilə bağlı AÇIQLAMA - " Nüvə savaşı olacaq.."

15:07 - 02 Mart 2022

Lavrovdan Üçüncü Dünya müharibəsi ilə bağlı AÇIQLAMA - \" Nüvə savaşı olacaq..\"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Üçüncü Dünya müharibəsinin başlanacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

 

Manset.az ria.ru-ya istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, Üçüncü Dünya müharibəsi baş versəydi, daha dəhşətli olacaqdı.

“Üçüncü Dünya müharibəsi olsaydı, bu, nüvə savaşı və dağıdıcı olacaqdı”, - deyə Lavrov bildirib.

Qeyd edək ki, fevralın 26-da ABŞ-ın Prezidenti Cozef Bayden Ukrayna ilə Rusiya arasında başlayan müharibəylə bağlı açıqlama verib. O bildirib ki, Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara alternativ “Üçüncü Dünya Müharibəsi”nin başlanğıcı ola bilər.

“Baxın, iki variant var idi: Üçüncü dünya müharibəsinə və Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək”, - Amerika lideri bloger Brayan Koenə müsahibəsində deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az