Mərmərə dənizində 2 yük gəmisi toqquşdu

09:52 - 03 Dekabr 2022

Mərmərə dənizində 2 yük gəmisi toqquşdu

Türkiyəyə məxsus iki yük gəmisi Mərmərə dənizində İstanbul boğazının çıxışında toqquşub.

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, hadisə 147 metrlik “Turan” konteyner gəmisinin 126 metrlik “Burhan Düzman” quru yük gəmisi ilə toqquşduğu Axırkapı lövbərində baş verib.

Hadisənin nəticələri barədə məlumat verilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az