Azərbaycanda yeniyetmə qızlar dəm qazından ZƏHƏRLƏNDİLƏR

23:23 - 18 Fevral 2024

Azərbaycanda yeniyetmə qızlar dəm qazından ZƏHƏRLƏNDİLƏR

Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib.

 

Manset.az Report-a istinadən xəbər verir ki,  hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Göyməmmədli kənd sakini, 2009-cü il təvəllüdlü H. Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cü il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az