Bu gün paytaxtın Xəzər rayonunda yol qəzası baş verib.
Manset.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilib ki, Mərdəkan yolunda iki minik avtomobili toqquşub. Zərbənin təsirindən maşınlardan biri qarşıda gələn 136 nomreli avtobusa çırpılıb.
Faktla bağlı araşdırma aparılır.