Azərbaycanda keçmiş baş həkim və həyat yoldaşı QƏTLƏ YETİRİLDİ

10:55 - 01 Mart 2024

Azərbaycanda keçmiş baş həkim və həyat yoldaşı QƏTLƏ YETİRİLDİ

Salyan rayonunda ər-arvad qətlə yetirilib.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Hazırda hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcək.

***

İsrafil Məmmədov 2021-ci ilədək Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin baş həkimi vəzifəsində çalışıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az