Sədərək yolunda zəncirvari qəza: Üç avtomobil toqquşdu - VİDEO

18:42 - 23 Mart 2024

Sədərək yolunda zəncirvari qəza: Üç avtomobil toqquşdu - VİDEO

Sədərək yolu kimi tanınan Bakı dairəvi avtomobil yolunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Hadisə nəticəsində üç avtomobil - iki “Toyota Prius” və “Hyundai Santafe” markalı avtomobillər toqquşub.

Hadisəyə səbəb kimi ara məsafəsinin düzgün seçilməməsi ehtimal olunur. Əraziyə təcili tibbi yardım və dövlət yol polisi əməkdaşları cəlb olunublar.

Xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yoxdur.

Videonu təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az