Nərimanov rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsində yaralananların kimliyi məlum olub.
Manset.az xəbər verir ki, iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzasında 1999-cu il təvəllüdlü Behbud İsa oğlu Hüseynov, eyni təvəllüdlü Vüsal Şöhrət oğlu Abdullazadə, habelə 1982-ci il təvəllüdlü Fazil Musa oğlu Abbasov və 1995-ci il təvəllüdlü Emil Rizvan oğlu Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
23:01
Aprelin 4-də saat 21:53 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Manset.az-a TƏBİB-dən bildirilib.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
Hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
22:14
Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın məlumatına görə paytaxtın Heydər Əliyev prospektinin Nizami rayon hissəsində iki avtomobil toqquşub.
Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Yaralıların olduğu qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
Manşet.az