Saatlıda avtomobilinə yanacaq tökən sürücünü maşın vuraraq öldürüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Kamallı kəndi ərazisində qeydə alınıb.
Laçın sakini, 1972-ci il təvəllüdlü Hamlet Lənkəran oğlu Cavadov avtomobilinə yanacaq tökərkən yolda hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.