Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Manset.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
***
15:05
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılarıb.
Bu barədə Manset.az-a FHN-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, cəsəd aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin axtarışları davam edir.