Hərbçimiz minaya düşdü - YENİLƏNİB

16:50 - 29 May 2025

Hərbçimiz minaya düşdü - YENİLƏNİB

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır .

***

Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.


Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.

Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv