Keçmiş müsavatçı intihar etdi - FOTO

10:19 - 30 May 2025

Keçmiş müsavatçı intihar etdi - FOTO

Müsavat Partiyasının Neftçala rayon təşkilatının keçmiş sədri Sabir Abuzərov intihar edib.


Manset.az Bakupost.az-a istinadla xəbər verir ki, o, özünü Neftçalada beşmərtəbəli evin damından atıb.

Qeyd olunur ki, bir müddət əvvəl Sabir Abuzərovun oğlu avtomobil qəzasına düşüb. Bu hadisəni eşitdikdən sonra onun dərin psixoloji sarsıntı keçirdiyi bildirilir. İntihara da bunun səbəb olduğu güman edilir.

Qeyd edək ki Sabir Abuzərov 1958-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. İxtisasca riyaziyyatçı olan S.Abuzərov müəyyən müddət rəsmi işlərdə – rayon icra hakimiyyətində təlimatçı və şöbə müdiri vəzifələrində çalışsa da, müəllimlik peşəsindən ayrılmayıb.

Riyaziyyat müəllimi olsa da, ömrü boyu tariximizi araşdırmaq onun əsas məşğuliyyətlərindən biri olub.

Buna görə də onu çoxları tarixçi kimi tanıyırdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv