Bu gün Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, köhnə Ələt-Astara magistralında “Ford” markalı yük avtomobili ilə “Opel” markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin, xüsusilə ağır olduğu bildirilir.
Fakta bağlı araşdırma aparılır.