Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.
Manset.az Report-a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
İlkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2013-cü il təvəllüdlü Canaliyev Hüseyn Həsən oğlu hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.