Qaxda minik avtomobilləri toqquşub, 6 nəfər xəsarət alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəzada Abşeron rayon sakinləri - 1986-cı il təvəllüdlü Mehman Abdullayev, onun həyat yoldaşı Şəbnəm Abdullayeva, onların övladları - 2013-cü il təvəllüdlü İ.Abdulla və 2016-cı il təvəllüdlü Ö.Abdulla, Qaxın Turaclı kənd sakinləri 1986-cı il təvəllüdlü Şahlar Bəşirov və qardaşı 1988-ci il təvəllüdlü Yasin xəsarət alıb.
12 yaşlı A.İbrahim Qax xəstəxanasında əməliyyat olunub. Mehman Abdullayev və xəsarət alan digər övladı Zaqatala xəstəxanasına göndəriliblər.