Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, qəza 2 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, 2014-cü il təvəllüdlü uşaq yolu keçmək istəyərkən qadın sürücünün idarə etdiyi avtomobil tərəfindən vurulub.
Hadisə nəticəsində ölüm olmayıb. Yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.