Bu gün gecə saat 1-də paytaxtın Yasamal rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Manset.az-a verilən məlumata görə, Bakı şəhər sakini Hikmət Mədətli idarə etdiyi "Lexus" markalı avtomobillə 1984-cü il təvəllüdlü Cəlilabad rayon sakini Artur Quliyevi vurub.
"Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb", - deyə məlumatda qeyd edilib.
***
10:50
Bakıda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt-Bakı yolunda, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, avtomobil piyadanı vurub.
Qəza zamanı piyada yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməyə çalışıb və nəticədə avtomobilin altında qalıb. Faktla bağlı araşdırma aparılır.