Magistral yolda "Hyundai" aşdı - Xəsarət alanlar var

12:45 - 09 İyun 2025

Magistral yolda \"Hyundai\" aşdı - Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.



Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Samir Məmmədovun idarə etdiyi "Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, minik maşını yolun kənarına aşıb.

    Qəza zamanı sürücünü övladı 2010-cu il təvəllüdlü Nicat Məmmədov, 1953-cü il təvəllüdlü Aslan Məmmədov xəsarət alıblar. Yaralılar Təcili yardım maşını ilə Mərkəzi Xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv