Şəmkir rayonunda su kanalında batanların kimliyi açıqlanıb.
Manset.az Report-a istinadən xəbər verir ki, 2004- cü il təvəllüdlü Ümid İbrahimov və 2005-ci il təvəllüdlü Aliyə Həsənovadır.
Ü. İbrahimovun nəşi sudan çıxarılıb. Hazırda digər şəxsin axtarışları davam edir.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkirdə iki nəfər su kanalında batıb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndindəki su kanalında baş verib.
İlkin məlumata görə, batan şəxslərdən biri qadın, digəri kişidir.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.