Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

22:06 - 15 İyun 2025

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda prokuror müavini vəfat edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 59 yaşlı Fazil İdris oğlu Həsənov səhhətində yaşanan problemlə əlaqədar dünyasını dəyişib.

Qeyd edək ki, o 33 ildir ki, prokurorluq sahəsində çalışırdı.

Həmçinin F.Həsənov şəhid Tural Həsənovun əmisi idi.

Tural Həsənov 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşında minaya düşərək şəhid olub.

O, Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasında iştirakına görə "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az