Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, VAZ 2106 və “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.