Minik və yük maşını toqquşdu - Yaralı var

18:21 - 22 İyun 2025

Minik və yük maşını toqquşdu - Yaralı var

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Gərmətük qəsəbə ərazisində qeydə alınıb.

Belə ki, “Vaz-2104” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.

Qəzada “Vaz-2104” markalı maşının sürücüsü Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 49 yaşlı Natiq Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunub.

Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az