Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
Manset.az Report-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürova, Rəna Qafarova, Şəhla Süleymanova və Azər Tağıyevin hakimliyi ilə keçirilən prosesdə səkkiz nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılıb.
İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.
***
22:22
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.
Manset.az Report-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə dörd nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılır. Daha 4 nəfərin məhkəməsi davam edir.
İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.
***
20:39İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan səkkiz nəfər məhkəməyə gətirilib.
Manset.az Report-a istinadən xəbər verir ki, proses Səbail Rayon Məhkəməsində keçirilir.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Onlar Rusiya vətəndaşlarıdır.