“20 yanvar” metrostansiyası yaxınlığında yanğın söndürüldü 

18:57 - 07 İyul 2025

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın söndürüldü 

Metronun "20 Yanvar" stansiyasının yaxınlığında açıq ərazidə yanğın söndürülüb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Manset.az-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb.


***

18:06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.


FHN-dən Manset.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. 

Yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az