Ağdam-Füzuli yolunda ağır qəza - 20 yaralı

09:14 - 09 İyul 2025

Ağdam-Füzuli yolunda ağır qəza - 20 yaralı

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirlib ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az