Cəlilabadda evdə YANĞIN

23:01 - 11 İyul 2025

Cəlilabadda evdə YANĞIN

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində Cəbrail Həşimova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfildən alışıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində evin 88 kvadratmetr sahəsi və əşyaları yanıb. Xəsarət alan olmayıb.

Yanğının elektrik xətlərində yaranan qısaqapanmadan baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az