87 yaşlı kişini cərəyan vurub öldürdü

10:09 - 12 İyul 2025

87 yaşlı kişini cərəyan vurub öldürdü

Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Manset.az xəbər verir ki, rayonun Turan qəsəbə sakini 1938-ci il təvəllüdlü Abbas Qafarovu elektrik cərəyanı vuraraq öldürüb.

Belə ki, 87 yaşlı kişi yaşadığı evin həyətində su mühərrikindən istifadə edərkən ehtiyatsızlıqdan onu cərəyan vurub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az