Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Varxan kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı minik avtomobili kənd sakini, 1991-ci il təvəllüdlü Həsən Aslanovu vurub. Zərbənin təsirindən H.Aslanov bir neçə metr kənara düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.