Bərdədə avtomobildən düşən şəxsi maşın vurub.
Manset.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Rayon sakini Abdullayev Natiq idarə etdiyi “KİA” markalı avtomobil ilə hərəkətdə olarkən digər avtomobildən düşən 1993-cü il təvəllüdlü Həsənov Orxanı vurub.
Nəticədə O.Həsənov müxtəlif dərəcəli xəsarətlər ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.