Kəlbəcərdə partlayış: Xəsarət alanlar var - YENİLƏNİB

22:54 - 26 Avqust 2025

Kəlbəcərdə partlayış: Xəsarət alanlar var - YENİLƏNİB

Kəlbəcərdə yanıq xəsarətləri alanların adları məlum olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E. Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N. Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K. Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M. Sadıqzadədir.

    Məlumata görə xəsarət alanlar ustadırlar və onlar Kəlbəcərdə yeni tikilən binalara qaz çəkən zaman partlayış olub.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    22:43

    Kəlbəcərdə qaz partlayışı olub.


    Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

    Hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

    Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç nə məlum deyil.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az