2 avtomobil toqquşdu - Yaralılar var

18:28 - 20 Oktyabr 2025

2 avtomobil toqquşdu - Yaralılar var

Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyevin idarə etdiyi "VAZ-2106" və 1962-ci il təvəllüdlü Adil Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.

Nəticədə "Opel"də olan sərnişinlər 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin ⁠Məmmədova xəsarət alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az