Mingəçevirdə kişi kanalda batıb.
Manset.az Report-a istinadən xəbər verir ki, şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
Onun ehtiyatsızlıqdan suya düşdüyü ehtimal olunur.
B.Məmmədovun tapılması istiqamətində axtarışlar aparılır.