Bakıda yanğın olan evdən meyit aşkar edildi

19:35 - 26 Oktyabr 2025

Bakıda yanğın olan evdən meyit aşkar edildi

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və dəhlizin tavanı 15 m² sahədə yanıb.


Manset.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az