Azərbaycanda toy yasa döndü - Rəqs edən kişi qəfil öldü 

22:52 - 05 Noyabr 2025

Azərbaycanda toy yasa döndü - Rəqs edən kişi qəfil öldü 

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən şadlıq saraylarından birində faciəvi hadisə baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Yarəliyev Əliflan Nəzər oğlu toy mərasimi zamanı oynayarkən qəfildən halı pisləşib.

Yaxınları ona kömək göstərməyə çalışsalar da, Ə.Yarəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az