Gəncədə qadını qətlə yetirən şəxs saxlanılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 42 yaşlı Ramin Alıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qətlə yetirilən Ayşən Sadıxovanın 3 uşaq anası olduğu bildirilir.
***
20:48
Gəncədə qətl hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, orta yaşlı qadın bıçaqlanma diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı qadının öldüyü məlum olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.