Gəncədə 2 avtomobil toqquşdu - FOTO

19:10 - 08 Noyabr 2025

Gəncədə 2 avtomobil toqquşdu - FOTO

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Opel" ilə "Toyota Prius" toqquşub. Qəzadan sonra idarəetmədən çıxan "Opel" səki gedən iki piyadanı vurub. Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, piyadaları vuran avtomobilin sürücüsü qəzadan sonra hadisə yerindən yayınıb. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az