Bakı Ağ Şəhər Bulvarı ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü N.Əlizadə Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.