Yevlaxda ağır qəza - 4 yaralı var

00:30 - 08 Dekabr 2025

Yevlaxda ağır qəza - 4 yaralı var

Bu gün günorta saatlarında Bakı-Qazax magistralının Yevlaxdan keçən hissəsində qəza baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki,  "Mitsubishi" markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı dəmir səddə çırpılıb.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Xəsarət alanlar 52 yaşlı Vüqar Şamilov, 40 yaşlı Amilə Gülmalıyeva, 72 yaşlı Firuzə Bayramova və 19 yaşlı Aytac Bayramovadır.

Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az